Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə prezident seçkilərinin birinci turundan sonra ilk dəfə jurnalistlərin suallarını cavablandırıb.
Bizim.Media xəbər verir ki, ölkə başçısı "CNN Türk" və "Kanal D"nin ortaq yayımında səsvermə prosesi, müxalifətin iddiaları və ikinci turun strategiyası ilə bağlı fikirlərini bölüşüb.
Dövlət başçısı bildirib ki, Türkiyədə prezident seçkilərinin birinci turunda seçici fəallığı 90 faizə yaxın olub və bu, rekord göstəricidir.
O, həmçinin qeyd edib ki, ikinci tura hazırlıqla bağlı mitinqlər planlaşdırmır və zəlzələ baş verən ərazilərə səfər etmək niyyətindədir.
Xatırladaq ki, mayın 14-də keçirilən prezident seçkilərinin I turunda hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,51%, CHP sədri Kamal Kılıçdaroğlu 44,88%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17%, Məmləkət partiyasının sədri Muharrem İnce isə 0,44% səs toplayıb.
Bizim.Media