“Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda prezident Rəcəb Tayyib Ərdoğanın qazanması daha asan olacaq, lakin buna baxmayaraq çalışmağa qaldığımız yerdən davam edirik”.
Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın jurnalistlərə açıqlamasında bildirib.
"Seçkilərdə Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi Türkiyəyə inanan hər kəsin qələbəsidir. Çünki biz seçicilər arasında ayrıseçkilik etmirik", - deyə İ.Kalın əlavə edib.
Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.
Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.
Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:47 / 16.05.2023
“İkinci turda Ərdoğanın qələbəsi daha asan olacaq” - İbrahim Kalın
Hazırda oxunan: “İkinci turda Ərdoğanın qələbəsi daha asan olacaq” - İbrahim Kalın
Hazırda oxunan: “İkinci turda Ərdoğanın qələbəsi daha asan olacaq” - İbrahim Kalın
136257
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.