Kreml Türkiyədəki seçkilərə münasibət bildirdi

Hazırda oxunan: Kreml Türkiyədəki seçkilərə münasibət bildirdi

136063

Rusiya Türkiyədə keçirilən prezident və parlament seçkiləri ilə bağlı  xəbərləri böyük maraqla izləyir.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Təbii ki, bu günlərdə Türkiyədən gələn xəbərləri böyük maraq və diqqətlə izləyirik. Biz türk xalqının seçiminə hörmətlə yanaşırıq. Amma istənilən halda əməkdaşlığımızın davam edəcəyini, dərinləşəcəyini və genişlənəcəyini gözləyirik”, - deyə Kremlin sözçüsü bildirib.
Peskov vurğulayıb ki, Moskva ilə Ankara arasında əməkdaşlıq həqiqətən qarşılıqlı fayda verir və iki ölkə xalqının maraqlarını təmin edir.

Onun sözlərinə görə, Türkiyə şəffaf seçkiləri təmin etməyə, qanunsuz hərəkətlərin qarşısını almağa qadir olan güclü suveren ölkədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin