Seçkilərdə partiyalar parlamentdə neçə səs qazanıb?

Hazırda oxunan: Seçkilərdə partiyalar parlamentdə neçə səs qazanıb?

136007

Türkiyə Böyük Millət Məclisində "Cümhur İttifaqı" deputatların sayına görə çoxluq əldə edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya 14 may seçkilərinin nəticələrində yer alıb.

Mənbə xatırladır ki, Türkiyədə dünən keçirilən prezident və parlament seçkilərində vətəndaşlar həm prezidentə, həm də deputatlara səs veriblər.

Parlamentdə deputatların belə müəyyənləşib:

"Cümhur İttifaqı" 325, "Millət İttifaqı" 213, Yaşıl Sol Partiyası (YSP) 60, Türkiyə İşçi Partiyası (TİP) isə 3 mandat qazanıb.

Deputatların partiyalara görə bölgüsü belədir:

AK Partiya 35,88% - 269 deputat

CHP 24,86% - 168 deputat

MHP 10,47% - 51 deputat

İYİ partiya 9,97% - 45 deputat

YSP 8,59% - 60 deputat.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin