Bazar günü keçirilən prezident seçkilərində səslərin 100 faizi hesablanıb. Nəticədə Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan 49,35 faiz səs toplayıb. Müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlu seçicilərin 45 faiz dəstəyini qazanıb.
Bizim.Media xəbər verir ki, bu məlumatı bazar ertəsi TRT telekanalı yayıb.
MÖVZU İLƏ BAĞLI:
Bülletenlərin 99,9 faizi hesablandı: Ərdoğan liderdir
ATA Alyansının namizədi Sinan Oğan 5,22% səs toplayıb. Namizədliyini geri götürən namizəd Məhərrəm İncə 0,43% səs toplayıb. Türkiyə MSK onun lehinə verilən səsləri etibarlı hesab edir.
Birinci turda qalib gəlmək üçün namizədlərdən biri 50% üstəgəl bir səs toplamalı idi.
Səsvermənin ikinci turu mayın 28-nə təyin edilib.
Bizim.Media