14 May seçkilərinin sülh və əmin-amanlıq içərisində keçməsi Türkiyəmizin demokratik yetkinliyinin ifadəsidir.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında qeyd edib.
Paylaşımda qeyd olunur ki, seçki müsbət və demokratik şəraitdə keçdiyi halda, səslərin hesablanması hələ də davam etdiyi halda, nəticələrin tələsik elan olunmasına cəhd milli iradənin qəsb edilməsi deməkdir:
“Biz sevinirik ki, xalqımızın rəğbəti səslərin sayılmasında öz əksini tapır. Demokratiya naminə səs verən, seçki işində iştirak edən bütün vətəndaşlarımı təbrik edir, onların hər birinə öz təşəkkürümü bildirirəm”.
14 Mayıs seçimlerinin uhulet ve suhulet ile büyük bir demokrasi şöleni şeklinde gerçekleşmesi, Türkiye’mizin sahip olduğu demokratik olgunluğun ifadesidir.…
— Recep Tayyip Erdoğan (@RTErdogan) May 14, 2023
Bizim.Media