Rusiya Ukraynada 200 minlik ordusunu idarə edə bilmir - Britaniya kəşfiyyatı

Hazırda oxunan: Rusiya Ukraynada 200 minlik ordusunu idarə edə bilmir - Britaniya kəşfiyyatı

135921

Ukraynadakı müharibənin 15-ci ayında Rusiya qüvvələri cəbhə xətti boyunca hərbi birləşmələrin effektiv koordinasiyasını təmin edə bilməkdə aciz qalıb.

Bizim.Media xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat icmalında deyilir.

Analitiklərin gəldiyi ümumi rəyə görə, kağız üzərində Rusiyanın Ukraynadakı Birgə Qüvvələr Qrupu 446 gün əvvəl işğalçı qüvvələr necə təşkil edilmişdisə, eyni vəziyyətdə qalıb. Həmin qrup 200 minlik şəxsi heyət, o cümlədən 70-ə yaxın səhra alayı və briqada birləşmiş beş qoşun qrupuna bölünüb.

2022-ci ilin fevralında Ukrayna daxil olan ilk ordu birləşmələri əsasən peşəkar hərbçilərdən təşkil olunub, kifayət qədər müasir maşınlarla təchiz edilib və mütəmadi olaraq kompleks şəkildə birgə əməliyyatları hədəfləyən təlimlər keçiriblər. Lakin indi vəziyyət fərqlidir.
“Bu gün Rusiya qüvvələri əsasən zəif təlim keçmiş, səfərbər edilmiş ehtiyatda olan əsgərlərdən ibarətdir və getdikcə köhnəlmiş texnikadan asılıdır. Onların bir çox bölmələrində ciddi kadr çatışmazlığı var. Rusiya qoşunları müntəzəm olaraq yalnız çox sadə piyada əməliyyatları aparırlar”,- deyə hesabatda bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin