Türkiyədə hazırda prezident və parlament seçkiləri davam edir. İnsanlar seçki məntəqələrinə gələrək səsvermə hüquqlarından istifadə edirlər.
Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin müxtəlif yerlərində sağlamlıq problemləri olmalarına baxmayaraq, səs vermək üçün məntəqələrə gələnlər xüsusi diqqət çəkib.
Sosial şəbəkələrdə yayılan görüntülərdən sözügedən şəxslərin seçki prosesinə biganə qalmadıqlarını görmək mümkündür. Belə ki, Şanlıurfa şəhərində oksigen balonundan asılı yaşayan bir qadın səs vermək üçün oğlunun köməkliyi ilə məntəqəyə gəlib və seçki hüququndan istifadə edib.
Bununla yanaşı, hərəkət etməkdə çətinlik çəkən bir neçə seçici məntəqəyə xərəkdə gətirilib.
Bu şəxslərdən biri də Eskişehirdə yaşayan 87 yaşlı Mustafa Uzundur. O, təcili yardım avtomobili ilə seçki məntəqəsinin qurulduğu məktəbə gedib.
Zonquldakda isə 110 yaşlı Safiye Kurtoğlu səhhətinin yaxşı olmasına baxmayaraq, ailəsinin yardımı ilə səsvermədə iştirak edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:11 / 14.05.2023
Türkiyədə qadın oksigen balonu ilə səs verməyə gəldi - FOTO
Hazırda oxunan: Türkiyədə qadın oksigen balonu ilə səs verməyə gəldi - FOTO
Hazırda oxunan: Türkiyədə qadın oksigen balonu ilə səs verməyə gəldi - FOTO
135915
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.