Rus ordusunun komandirləri Donetskdə öldürüldü

Hazırda oxunan: Rus ordusunun komandirləri Donetskdə öldürüldü

135914

Rusiya ordusunun 4-cü motoatıcı briqadasının komandiri, polkovnik Vyaçeslav Makarov Donetskdə döyüşlər zamanı öldürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.

Faktı Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov məlumatı təsdiqləyib.

O, qeyd edib ki, Vyaçeslav Makarov Ukrayna ordusunun üçüncü hücumunun dəf olunması zamanı ağır yaralanıb və döyüş meydanından təxliyə zamanı dünyasını dəyişib.

İqor Konaşenkov həmçinin ordu korpusu komandirinin hərbi-siyasi işlər üzrə müavini, polkovnik Yevgeni Brovkonun da döyüşlər zamanı öldürüldüyünü açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin