Moldovada Qaqauziya özünə Başkan seçir

Hazırda oxunan: Moldovada Qaqauziya özünə Başkan seçir

135894

Moldovanın tərkibində olan Qaqauziyanın Muxtar Ərazi Bölməsində mayın 14-də bazar günü icra hakimiyyəti başçısının (başkan) seçkisində ikinci səsvermə keçirilir.

Bizim.Media xəbər verir ki, səsvermə yerli vaxtla saat 07:00-da başlayıb və 21:00-da başa çatacaq.

Qaqauziyada 92 mindən çox seçici qeydə alınıb. Ümumilikdə 65 məntəqə açılıb.

Qaqauziyanın Başkanı üçün keçirilən seçkilərin birinci turunda namizədlərdən heç biri qalib gəlmək üçün lazım olan səslərin 50 faizini toplaya bilməyib.

Qaqauziya Başkanı ölkə prezidentinin fərmanı ilə Moldova hökumətinin üzvü kimi təsdiq edilib.

Moldovanın seçki qanunvericiliyinə görə, Qaqauziyanın başqanlarına namizədlərin yaşı 35-dən yuxarı olmalı, Moldovada yaşamalı və qaqauz dilini bilməlidir.

Hazırkı Başkan İrina Vlax iki dəfə seçilib və ona görə də yenə namizəd olmaq hüququ yoxdur.

Qaqauziyanın seçilmiş rəhbəri MSK tərəfindən yekun nəticələrin elan edilməsindən 30 gün sonra rəsmi olaraq səlahiyyətlərinin icrasına başlayacaq.

Səsvermənin ilk turunda 26,43 faiz səslə lider Moldovanın keçmiş prezidenti İqor Dodonun rəhbərlik etdiyi Sosialist Partiyasının tərəfdarı Qriqori Uzun olub. O, müstəqil namizəd kimi iştirak edib, lakin Sosialist Partiyasının simvolları ilə seçkiyə qatılıb.

Şor partiyasının dəstəklədiyi Yevgeniya Quçul 26,41 faiz səslə ikinci olub.

Hər ikisi səsvermənin ikinci raunduna yüksəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin