Türkiyənin Ali Seçki Şurası (YSK) zəlzələ bölgələrində qurulan konteynerlərdə seçkilərin sağlam keçirilməsi üçün hazırlıq işləri görüb.
Bizim.Media bu barədə "Anadolu"ya istinadən xəbər verir.
Qeyd edilib ki, zəlzələ nəticəsində zərər görən məktəb binalarının əvəzinə seçki prosesi səsvermə üçün quraşdırılmış konteynerlərdə keçirilir. Zərər görməyən məktəb binalarında isə seçki prosesi həmişəki qaydada təşkil edilib.
Xatırladaq ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir.
Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan, Ata İttifaqının namizədi Sinan Oğan və Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.
Bununla yanaşı Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edir.
Türkiyə ərazisində 191 mindən çox seçki qutusu qurulub. Ölkə daxilində 60 milyon 697 min 843 seçici qeydə alınıb. Onlardan 5 milyona yaxını ilk dəfə səs verənlərdir.
Səsvermə Ankara vaxtı ilə saat 08:00-da başlayıb və saat 17:00-dək davam edəcək. Yüksək Seçim Qurumunun sədri Ahmet Yener ilkin nəticələrin həmin gün elan olunacağını bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:01 / 14.05.2023
Zəlzələ bölgələrində seçkilər konteynerlərdə keçirilir
Hazırda oxunan: Zəlzələ bölgələrində seçkilər konteynerlərdə keçirilir
Hazırda oxunan: Zəlzələ bölgələrində seçkilər konteynerlərdə keçirilir
135884
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.