Fransa şəhərlərində silahlı hücumlar nəticəsində 5 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Villerup şəhərində əvvəlcə silahlı şəxs park edilmiş avtomobillərdə olan gənclərə atəş açıb.
Hücum nəticəsində 3-ü ağır olmaqla ümumilikdə 4 nəfər yaralanıb. Hücum edən şəxs avtomobillə hadisə yerindən qaçıb.
Villerup şəhərindən təxminən 3 kilometr aralıda yerləşən Audun-le-Tiş şəhərində isə silahlı hücum nəticəsində daha bir nəfər yaralanıb.
Yaralılar müxtəlif xəstəxanalara aparılıb.
Hücumların narkotik ticarətlə əlaqəli olduğu düşünülür.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:25 / 14.05.2023
Fransada silahlı şəxs gənclərə atəş açdı - 5 yaralı var
Hazırda oxunan: Fransada silahlı şəxs gənclərə atəş açdı - 5 yaralı var
Hazırda oxunan: Fransada silahlı şəxs gənclərə atəş açdı - 5 yaralı var
135876
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.