Rza Zərrab məhkəmədə yalnız bu sözü işlətdi - Foto

Hazırda oxunan: Rza Zərrab məhkəmədə yalnız bu sözü işlətdi - Foto

135874
Nyu-Yorkda prokuror Prit Bhararanın dörd ayrı ittihamıyla məhkəmə qarşısına çıxan iş adamı Rza Zərrabın məhkəmə protokolları yayımlanıb.

Moderator.az-ın axşam.az-a istinadən məlumatına görə, hazırda yüzlərlə sənəd, yazışma və telefon səsyazmaları araşdırılır. Baş tutan məhkəmədə ABŞ-ı təmsil edən P.Bharara, köməkçisi Sid Kamaraju, Zərrabın vəkiləri Benjamin Brafman, Mare Ahglefilo, Coşua Krişner, iki FBİ agenti və türkcəyə tərcümə edən tərcüməçi iştirak edib.
Yayımlanan rəsmi qeydlərdə Rzanın məhkəmə boyu sadəcə bir kəlmə işlətdiyi bəlli olub.

Hakim Berman Rzaya "Zərrab bəy, bu məhkəməni tərcüməçi vasitəsi ilə izləyəcəksiniz" deyib.
R.Zərrabın dediyi tək kəlmə isə "I Understand" ("Başa düşdüm") olub.

Qeyd edək ki, cənubi azərbaycanlı iş adamı R.Zərrab həyat yoldaşı, müğənni Ebru Gündeşlə Mayamidə istirahətdə olarkən həbs olunub. O, ABŞ-ın İrana olan sanksiyaları nəzərə almayaraq ticarət etmək, dövləti aldatmaq, bankl hesabları ilə oynamaq, "çirkli pulların" yuyulması və digər maddələrlə ittiham olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin