Ukrayna qoşunları Baxmut bölgəsində əks-hücumları davam etdirir və yeni mövqelər tuta biliblər.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (MAİ) hesabatında deyilib.
Mənbə yazıb ki, Ukrayna Silahlı Qüvvələri Kurdyumovkanın kənarında (Baxmutdan 14 km cənub-qərb) yeni mövqelər tutub və bu ərazidəki işğalçıları Severski Donets-Donbas kanalının arxasına sıxıblar.
Ukrayna qüvvələri, həmçinin Predteçinodan (Baxmutdan 16 km cənub-qərb) Klişçevkaya (Baxmutdan 7 km cənub-qərb) doğru irəliləyir.
Son əks-hücumlar zamanı Baxmut bölgəsində 16,85 kvadrat kilometr ərazi azad edilib.
Bizim.Media