“Sabah seçki qutusuna sahib çıxaq. Bir səs bu qardaşınıza, bir səs Cümhur İttifaqına. Biz nə lazımdırsa edəcək və birinci turda işin bitməsini təmin edəcəyik”.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu İstanbulda seçicilər qarşısında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Dövlət başçısı Ümraniyedə vətəndaşlara müraciət edərək deyib ki, biz 14 may seçkilərinə ölkəmizin gələcəyini, millətimizin nailiyyətlərini, dövlətimizin hədəflərini qoruduğumuz demokratiya bayramı kimi baxırıq.
“Nə qədər ki, biz bir yerdəyik, Allahın izni ilə koalisiya masasını darmadağın edəcək, terror və sələmçi kürsüsünü əzəcəyik”, - deyə o əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
04:35 / 14.05.2023
Ərdoğan: “Bu işi birinci turda bitirəcəyik”
Hazırda oxunan: Ərdoğan: “Bu işi birinci turda bitirəcəyik”
Hazırda oxunan: Ərdoğan: “Bu işi birinci turda bitirəcəyik”
135857
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.