Boreldən ÇAĞIRIŞ: “Ukraynanın gündə min mərmiyə ehtiyacı var”

Hazırda oxunan: Boreldən ÇAĞIRIŞ: “Ukraynanın gündə min mərmiyə ehtiyacı var”

135821

“Ukraynanın təkcə Baxmut istiqamətində hərbi əməliyyatlar aparması üçün gündə min mərmiyə ehtiyacı var”. 

Bizim.Media xəbər verir ki, Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Jozep Borrel bu barədə Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin ukraynalı həmkarları Dimitro Kuleba ilə görüşündən sonra jurnalistlərə deyib. 

“Misal üçün deyim ki, Ukraynanın təkcə Baxmut istiqamətində Rusiyanın atəş gücü ilə mübarizəsini davam etdirməsi üçün gündə min mərmiyə ehtiyacı var”, - deyə o bildirib. 

Qeyd edək ki, Kiyev mayın 12-də Baxmut ətrafında bəzi mövqeləri geri qaytardığını bəyan edib. “Vaqner” özəl hərbi kompaniyasının rəhbəri Yevgeni Priqojin bu informasiyanı dolayısı ilə təsdiqləyərək deyib ki, Rusiyanın nizami qoşunları döyüş meydanından qaçır və bu da müdafiənin dağılmasına gətirib çıxarır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin