TDT Baş katibindən Şuşa ilə bağlı AÇIQLAMA 

Hazırda oxunan: TDT Baş katibindən Şuşa ilə bağlı AÇIQLAMA 

135778

“Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi təkcə illərdir haqsız yerə işğala məruz qalan qədim türk şəhəri Şuşa üçün deyil, bütün türk dünyası üçün çox mühüm hadisədir”. 

Bizim.Media xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirin açılış mərasimində çıxışı zamanı deyib. 

Tədbirdə TDT Baş katibi, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov, TÜRKSOY-un Baş katibi Sultan Raev, Azərbaycan Respublikasının Rusiyadakı səfiri Polad Bülbüloğlu açılış nitqi ilə çıxış ediblər. 
Ömüralıyev açılış nitqi ilə çıxış edərək bildirib ki, “Türk dünyasının mədəniyyət paytaxtı” təşəbbüsü türk mədəniyyətinin qorunub saxlanılmasında və gələcəyə çatdırılmasında mühüm rol oynayır, mədəniyyət sahəsi türk xalqlarının ortaq kimliyini təşkil edir. 

Baş katib, həmçinin TDT-nin bu il ərzində Şuşada həyata keçirəcəyi layihələr və gələcəkdə həyata keçiriləcək tədbirlər barədə də məlumat verib. 

Qeyd edək ki, açılış mərasimindən sonra Şuşanın tarixi-mədəni yerlərində, xüsusilə Yuxarı Gövhər Ağa məscidində, türk dövlətləri üçün ayrılmış stendlərdən ibarət festival meydanında gəzinti təşkil olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin