“Türkiyə Azərbaycan və Pakistanla “Hürkuş” təlim-məşq təyyarələri ilə bağlı müzakirələr aparır”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir “TGRT Haber”ə müsahibəsində deyib.
O bildirib ki, Türkiyə “Hürkuş”larla bağlı daha çox dost və qardaş ölkələrlə əməkdaşlığa üstünlük verir:
“Əlbəttə, ölkədən daha çox, həmin dövlətlərin məsələyə münasibəti, səmimiliyi bizim üçün maraqlıdır”.
Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, “Hürkuş” təyyarələri dost və qardaş ölkələrə də ixrac ediləcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:56 / 12.05.2023
Türkiyə "Hürkuş" təyyarələri ilə bağlı Azərbaycanla müzakirələr aparır
Hazırda oxunan: Türkiyə "Hürkuş" təyyarələri ilə bağlı Azərbaycanla müzakirələr aparır
Hazırda oxunan: Türkiyə "Hürkuş" təyyarələri ilə bağlı Azərbaycanla müzakirələr aparır
135660
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.