Los-Ancelesdə dinc azərbaycanlılara hücumla bağlı saxlanılan ermənilərin cəzalarının təfərrüatları açıqlanıb

Hazırda oxunan: Los-Ancelesdə dinc azərbaycanlılara hücumla bağlı saxlanılan ermənilərin cəzalarının təfərrüatları açıqlanıb

135519

Məlum olduğu kimi, 2020-ci il iyulun 21-də Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun binası yanında Azərbaycan əleyhinə təxribat aksiya keçirən və soydaşlarımıza qarşı zorakılıq və təcavüz edənlər ABŞ Məhkəməsinin qərarı ilə məsuliyyətə cəlb edilib.  

Bizim.Media xəbər verir ki, Los-Ancelesin yerli erməni icmasının məsələni “ört-basdır etmək” üçün çoxsaylı cəhdlərinə baxmayaraq, Azərbaycan tərəfinin ardıcıl və prinsipial mövqeyi özünü göstərib. Aksiya iştirakçısı olan Erik Hakobyan və Hovanes Sukasyan ABŞ qanunları ilə cəzalandırılıb. 

Ölkəmizin Los-Ancelesdəki baş konsulluğundan bildirilib ki, 2020-ci ilin yayında baş verən məlum insidentdən dərhal sonra Azərbaycanın Xarici İşlər Nazirliyi zorakılıq törətmiş yerli ermənilərin məsuliyyətə cəlb olunması üçün rəsmi prosesə başlamaq məqsədilə azərbaycanlılarla əlaqə saxlayıb. 
İlk günlərdən məlum olub ki, yerli idarəçilik orqanları siyasi səbəblərdən yerli erməni diasporunun üzvlərinə qarşı cinayət işinin başlanmasında maraqlı olmayıb. Bu prosesdə yerli siyasi dairələr vasitəsilə istintaq orqanlarına təzyiq göstərən erməni icmasının nümayəndələri də mühüm rol oynayıblar. 

Erməni lobbisinin təzyiqlərinə baxmayaraq, Azərbaycan XİN-in səyləri nəticəsində haqq, ədalət yerini tutub və cinayətkarlar cəzalandırılıb. 

Kaliforniya yerli məhkəməsinin 2023-cü il 29 mart tarixli qərarı ilə Hovanes Sukasyan etirazçıya hücum etdiyinə görə ABŞ Cinayət Məcəlləsinin 422.6-cı maddəsinin “a” bəndinə əsasən azərbaycanlıya qarşı nifrət cinayəti törətməkdə ittiham olunub. O, 12 ay şərti azadlıqdan məhrum edilib və əgər məhkum bu müddət ərzində məhkum hər hansı, hətta kiçik cinayət törətsə, məhkəmənin hökmü ilə qalan müddəti həbs yerlərində çəkməyə məcbur ediləcək.

Bundan başqa, ona 90 saat ictimai iş, 20 saatlıq qəzəbi idarə etmə təlimi, hücumun qurbanına bütün tibbi və digər xərclərin ödənilməsi, əlavə olaraq, 1000 ABŞ dolları məbləğində cərimə ödənilməsi cəzaları kəsilib. Məhkumun qərarın qüvvədə olduğu müddətdə ştatın ərazisini tərk etməsi qadağan edilib. 
Digər aksiya iştirakçısı Erik Hakobyan isə mitinq zamanı hökumət rəsmisinə hücum etdiyinə görə, Kaliforniya yerli məhkəməsinin 2021-ci il 15 iyun tarixli qərarı ilə cinayət məsuliyyətinə cəlb edilib. O, Kaliforniya Ştat Cinayət Məcəlləsinin 242-ci maddəsinə əsasən 12 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkuma silah əldə etmək, saxlamaq və ya gəzdirmək qadağan edilib. Tərəfindən hücumun qurbanına bütün xərclərin ödənilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin