Kanada və Latviya hərbçiləri gələn həftədən Baltikyanı ölkə ərazisində Ukrayna Silahlı Qüvvələrinin kiçik zabitlərinin birgə təliminə başlayacaqlar.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Kanadanın milli müdafiə naziri Anita Anand Ottavada Latviyanın müdafiə naziri İnara Murnietse ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
“Bu gün elan edə bilərəm ki, Kanada və Latviya ərazisində ukraynalı hərbçilərə - kiçik zabitlərə birgə təlim keçəcək. Təlimlər gələn həftədən başlayacaq”, - o deyib.
Təlim prosesi döyüşün aparılmasına, digər bölmələrlə qarşılıqlı əlaqəyə, kəşfiyyata və əməliyyatların planlaşdırılmasına yönəldiləcək. Təlimatçılar qrupuna kanadalı yüksək rütbəli zabit rəhbərlik edəcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
05:31 / 11.05.2023
Kanada və Latviya Ukrayna SQ-nin hərbçilərinə təliminə başlayacaq
Hazırda oxunan: Kanada və Latviya Ukrayna SQ-nin hərbçilərinə təliminə başlayacaq
Hazırda oxunan: Kanada və Latviya Ukrayna SQ-nin hərbçilərinə təliminə başlayacaq
135362
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.