Polşanın Rusiyadakı müvəqqəti işlər vəkili XİN-ə çağırıldı - SƏBƏB 

Hazırda oxunan: Polşanın Rusiyadakı müvəqqəti işlər vəkili XİN-ə çağırıldı - SƏBƏB 

135360

Polşanın Rusiyadakı müvəqqəti işlər vəkili Yacek Şlyadevski Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Məlumata görə, Şlyadevskiyə Varşavada hərbi qəbiristanlıqda baş vermiş insidentlə bağlı etiraz notası təqdim edilib. 
Polşa diplomatına həmçinin bildirilib ki, Varşava tərəfindən törədilən cilovsuz anti-Rusiya orgiyası qonşu dövlətlər arasında ünsiyyət prinsiplərindən kənara çıxıb.  

Qeyd edək ki, dünən Varşavada xatirə qəbiristanlığında toplaşan etirazçılar Rusiyanın Polşadakı səfiri Sergey Andreyev və digər diplomatların yolunu kəsərək onların əklil qoymalarına mane olub. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin