İmran Xan barəsində 8 günlük həbs qərarı

Hazırda oxunan: İmran Xan barəsində 8 günlük həbs qərarı

135289

Pakistan məhkəməsi keçmiş Baş nazir İmran Xan barəsində 8 günlük həbs qərarı çıxarıb. 

Bizim.Media xəbər verir ki, məlumatı Rusiya KİV-i yayıb. 

Sabiq hökumət başçısının həbsinə etiraz edən naməlum şəxslər ölkənin Peşavar şəhərində “Pakistan Radiosu”nun binasına hücum edib, ofisini yandırıblar. 

İ.Xan mayın 9-da saxlanılıb. Bundan sonra ölkənin İslamabad, Peşavər, Haripur, Abottabad, Sialkot, Faisalabad, Ravalpindi, Lahor və başqa bölgələrində etiraz aksiyaları başlayıb. 

Eks-Baş nazir xarici ölkə liderlərindən 630 min dollarlıq hədiyyə almaqda ittiham olunur. 

Ona qarşı martın 19-da terrorçuluq ittihamı da irəli sürülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin