Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı pul nişanlarının satışına başlanılıb

Hazırda oxunan: Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı pul nişanlarının satışına başlanılıb

135272

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ölkəmizin tarixində ilk dəfə olaraq tədavülə buraxılan və yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış investisiya məqsədli pul nişanlarının mayın 10-dan etibarən satışına başlanılıb.

Bu barədə Bizim.Media-ya AMB-dən məlumat verilib.

Tədavülə buraxılan investisiya məqsədli pul nişanları ilə bağlı ətraflı məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilib.

//www.cbar.az/moneymarks/coins?category=2

Bu pul nişanlarının satışı Mərkəzi Bankın onlayn satış sistemi (//coin.e-cbar.az/), Mərkəzi Bankın əhaliyə xidmət kassaları, eləcə də banklar vasitəsilə təmin edilir.

Eyni zamanda, investisiya məqsədli bu pul nişanlarının Mərkəzi Bank tərəfindən geri alışı da həyata keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin