Polşa səfiri Rusiya XİN-ə çağırıldı

Hazırda oxunan: Polşa səfiri Rusiya XİN-ə çağırıldı

135260

Rusiyanın Polşadakı səfiri Sergey Andreyev Xarici İşlər Nazirliyinə çağırılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Bunu Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Lukaş Yasina məlumat verib. 

Bildirilib ki, səfirin çağırılmasına səbəb Polşa Sərhəd Mühafizəsinə məxsus təyyarə ilə bağlı insidentdir və bununla əlaqədar olaraq rus diplomata nota təqdim edilib. 

Qeyd edək ki, 7 may tarixində Polşa sərhədçiləri Rusiyanın “Su-35” qırıcı təyyarəsi tərəfindən Qara dəniz üzərində Polşaya məxsus “Turbolet L-410” təyyarəsinin nəzarətə götürüldüyünü bildirmişdilər. 

Rəsmi Varşavanın məlumatına görə, insident 5 mayda Rumıniyanın komandanlığı altında Qara dəniz bölgəsində keçirilən “Fronteks” əməliyyatı zamanı baş verib. 

Rusiya Müdafiə Nazirliyi isə öz növbəsində və bu hadisədən də öncə dəfələrlə vurğulayıb ki, Rusiya hərbi təyyarələrinin uçuşları hava məkanından istifadə üzrə beynəlxalq qaydalara uyğun həyata keçirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin