Ukraynadan Ermənistan da daxil olmaqla bu ölkələrə İRAD: “Qeyri-dost addımddır” 

Hazırda oxunan: Ukraynadan Ermənistan da daxil olmaqla bu ölkələrə İRAD: “Qeyri-dost addımddır” 

135130

“Ukrayna Xarici İşlər Nazirliyi Ermənistanın Baş nazirinin, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentlərinin mayın 9-da Rusiyanın paytaxtı Moskvada Qızıl meydanda Qələbə Gününə həsr edilən təntənəli hərbi paradda iştirakını amoral və qeyri-dost addım hesab edir”. 

Bizim.Media xəbər verir ki, bu barədə ölkə XİN-in bəyanatında qeyd edilib. 

“Tədbir zamanı hərbi cinayətlər törətdiyinə görə beynəlxalq axtarışa verilən Rusiya Prezidenti Vladimir Putin ukraynalıların öldürülməsinə, Ukraynanın şəhər və kəndlərinin dağıdılmasına, ukraynalı uşaqların oğurlanmasına və işğal olunmuş Ukrayna ərazilərinin sakinlərinə qarşı repressiyalara haqq qazandırıb”, - deyə bəyanatda bildirilib. 
Qeyd edək ki, mayın 9-da Moskvada İkinci Dünya müharibəsində nasist Almaniyası üzərində Qələbə Günü münasibətilə keçirilən paradda yalnız keçmiş SSRİ ölkələrinin adıçəkilən liderləri, o cümlədən Belarus Prezidenti Aleksandr Lukaşenko edib. Sonuncu Ukraynanın bəyanatında ümumiyyətlə anılmayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin