İranda bu il 209 nəfər edam edilib - BMT rəsmisi

Hazırda oxunan: İranda bu il 209 nəfər edam edilib - BMT rəsmisi

135103

“İranda bu ilin əvvəlindən hakimiyyət orqanları 209 nəfəri edam edib”.

Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, bunu BMT-nin İnsan Haqları Bürosunun nümayəndəsi Ravina Şamdasani Cenevrədə keçirdiyi brifinq zamanı deyib.

“BMT-nin insan haqları üzrə komissarı Folker Türk bu il İranda edamların sayının qorxulu dərəcədə çox olmasından narahat olduğunu bildirib”, - o söyləyib.
R.Şamdasani qeyd edib ki, İranda hər həftə orta hesabla 10-dan çox adam edam edilib. Hökmlərin əksəriyyəti narkotiklə əlaqəli cinayətlərə görə olub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin