ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyası İraq-Şam İslam Dövlətinin (İŞİD) Suriya və İraqdakı mövqelərinə 29 avizərbə endirib.
“Qafqazinfo”x9dnun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, koalisiyanın İraqda 25 aviazərbəsi nəticəsində iki avtomobil, silahlardan ibarət 3 baza dağıdılıb.
İŞİD-in Suriyanın Əl-Şəddadi, Ər-Rakka və Mar şəhərlərindəki mövqelərinə 4 aviazərbənin endirilməsi nəticəsində isə silah anbarı, terror təşkilatının maliyyə mərkəzi və iki taktiki sığınacaq məhv edilib.
































































































