Berluskonidən bədbin AÇIQLAMA: “Dünya daha Avropa ilə hesablaşmır”

Hazırda oxunan: Berluskonidən bədbin AÇIQLAMA: “Dünya daha Avropa ilə hesablaşmır”

134810

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni hal-hazırda müalicə aldığı Milanın San Raffaele klinikasından videomüraciət yayımlayıb.

Bizim.Media “rossaprimavera.ru” saytına istinadən xəbər verir ki, o, Aİ ölkələrinin dünya siyasətinə münasibətinin yanlış olduğunu bildirib və qeyd edib ki, məhz buna görə dünya birliyi artıq köhnə qitə ilə hesablaşmır.

“Əgər Çin (mən bunu təbii ki, mübaliğəli şəkildə deyirəm) bir gün İtaliyanı və bəlkə də başqa bir Avropa ölkəsini işğal etmək qərarına gəlsə, bizim bunun qarşısını necə ala biləcəyimiz barədə heç bir fikrimiz olmayacaq və edə biləcəyimiz ən yaxşı şey çin dilini öyrənmək üçün məktəbə getməkdir”, – Berluskoni bildirib.
İtaliya hökumətinin keçmiş başçısının sözlərinə görə, mövcud vəziyyəti dəyişmək üçün Aİ ölkələri bir-biri ilə sıx təmasda olmaqla ümumi hərbi siyasət yürütməlidirlər. Həmçinin, onun fikrincə, hərbi xərcləri artırmaq, eləcə də çevik reaksiya qüvvələrinin sayını ən azı 300 min nəfərə çatdırmaq lazımdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin