Bizim.Media Frans24 xəbər agentliyinə istinadən məlumat verir ki, Pakistan Baş Naziri İmran Xan öz “Tvitter” hesabında Fransa prezidenti Emmanuel Makronu "İslama qarşı hücumlara” və müsəlmanların hisslərini təhqir etdiyinə görə sərt şəkildə tənqid edib və bu cür hərəkətləri terrorçuların etdiyini qeyd edib.
Makronun öz vətəndaşlarını da oxşar çıxışlara təhrik etdiyini qeyd edən Pakistan lideri, Makronun zorakılıq və şiddəti təlqin etməsindən, “terrorçular əvəzinə İslama hücum etməklə” islamofobiyaya rəvac verməsindən təəssüfləndiyini bildirib.
İmran Xan Fransa liderinin İslam əleyhinə karikaturaların nəşrinə yaşıl işıq yandıraraq dünyadakı milyonlarla müsəlmanın hisslərini təhqir etməsini də vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “psixoloji problemləri olduğunu” qeyd edərək Makronu tənqid etmişdi. Buna cavab olaraq Fransa höküməti Türkiyədəki səfirini geri çağırıb.
Bizim.Media