ÜST: Ölkələr xüsusi karantin rejimindən stabil mərhələyə keçə bilərlər

Hazırda oxunan: ÜST: Ölkələr xüsusi karantin rejimindən stabil mərhələyə keçə bilərlər

134573

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəli ÜST-nin Beynəlxalq Səhiyyə Qaydaları üzrə Fövqəladə Hallar Komitəsinin koronavirusla (COVID-19) bağlı bu gün keçirilən 15-ci iclası barədə məlumat yayıb. 

Bizim.Media xəbər verir ki, iclasda pandemiya ilə əlaqədar cari vəziyyət müzakirə edilib. 

"İclasda Komitə tərəfindən qeyd olunan tövsiyələrə əsasən, ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus COVID-19 pandemiyasının artıq ictimai səhiyyədə beynəlxalq fövqəladə hal olmadığını təsdiq edib.
Bu, o deməkdir ki, ölkələr xüsusi karantin rejimindən COVID-19-un digər yoluxucu xəstəliklərlə birlikdə idarə olunduğu stabil mərhələyə keçə bilərlər. 

Qebreyesus, eyni zamanda, bildirib ki, bu qərar COVID-19-un qlobal sağlamlıq təhlükəsi olaraq sona çatması demək deyil:

“Keçən həftə dünyada COVID-19 hər 3 dəqiqədə 1 nəfərin ölümünə səbəb olub. Virus hələ də bizimlədir, yoluxma hallarının və ölümlərin artmasına səbəb ola biləcək yeni ştamların yaranma riski qalmaqda davam edir”, - deyə məlumatda qeyd edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin