“Ukrayna Silahlı Qüvvələri yaxın günlərdə, hətta saatlarda əks-hücuma başlayacaq”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın ilhaqı altında olan Zaporojye vilayətinin müvəqqəti təyin olunmuş qubernatoru Yevgeni Balitski “Solovyov live”in canlı efirində məlumat verilib.
“Təmas xəttindən gələn məlumata görə, Zaporojye ərazisi Ukrayna Ordusuna məxsus hərbi texnika ilə üz-üzədir”, - deyə Balitski qeyd edib.
Qeyd edək ki, Zaporojye vilayətində əhaliyə evakuasiya barədə məlumat verilib.
Bizim.Media