Norveç Rusiya ilə sərhədini hasarlayır

Hazırda oxunan: Norveç Rusiya ilə sərhədini hasarlayır

134494
Norveç hökuməti Rusiya ilə yeganə sərhədində hasar inşa etmək barədə qərar verib. "Report"un xəbərinə görə, bu barədə "Sputnik" agentliyi məlumat verib.
Xəbərdə bildirilir ki, hökumət bu addımı krallığın ərazisinə axışan qeyri-leqal miqrantların qarşısını almaq məqsədilə atır. Rusiya ilə sərhədin hasarlanması ideyası fevralda meydana gəlib. Həmin vaxt sərhədçilər ümumiyyətlə sərhəd buraxılış məntəqəsini müvəqqəti bağlamağı təklif ediblər.
"Əgər miqrant axını nəzarətdən çıxsa, hasar bizə kömək edəcək" - deyə Finnmark əyalətinin polis rəisi Katrin Xett bildirib. Aprelin 25-də Norveç hökuməti 500 miqranta krallığı könüllü tərk etməyi təklif edib.
Agentliyin xəbərinə görə, Rusiya tərəfi artıq bu plandan xəbərdar edilib. Qeyd edək ki, Rusiya-Norveç sərhədinin ümumi uzunluğu 196 kilometrdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin