Ukrayna prezidenti Volodimir Zelenski Niderlanda rəsmi səfəri zamanı Haaqa Beynəlxalq Cinayət Məhkəməsində çıxış edib.
Bizim.Media xəbər verir ki, o, Niderland hakimiyyətinə Ukraynanı dəstəklədiklərinə görə təşəkkür edib.
“Biz hamımız burada, Haaqada başqa bir Vladimiri görmək istəyirik. Mühakiməyə layiq olan birini. Mühakiməsi burada beynəlxalq hüququn paytaxtında edilməlidir. Bu, biz qalib gələndə olacaq. Qalib gələcəyik”, deyə o, qeyd edib.
Bizim.Media