Xersona hücum olub: 23 ölü, 46 yaralı 

Hazırda oxunan: Xersona hücum olub: 23 ölü, 46 yaralı 

134248

Rusiya ötən gecə Ukraynanın Xerson şəhərini atəşə tutub. 

Bizim.Media xəbər verir ki, bu barədə Xerson hərbi vilayət administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat verib. 

Nəticədə 23 nəfər həlak olub, 46 nəfər yaralanıb və bildirilib ki, xəsarət alanlardan 2-si uşaqdır. 

Məlumata görə, şəhər ağır artilleriya, PUA və aviasiya vasitələri ilə hücuma məruz qalıb. 

Qeyd edilib ki, şəhərdə mülki binalar arasında dağıntılar da olub və ümumilikdə, 84 nəfər təxliyə edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin