ABŞ Ukraynadakı vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ 

Hazırda oxunan: ABŞ Ukraynadakı vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ 

134243

ABŞ Dövlət Departamenti vətəndaşlarına Ukraynaya raket zərbələri təhlükəsinin davam etməsi barədə xəbərdarlıq edib. 

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyi məlumat yayıb. 

“Ukraynaya qarşı son zərbələrin artması və Moskvanın son açıqlaması fonunda, Dövlət Departamenti ABŞ vətəndaşlarına raket hücumlarının davam edəcəyi təhlükəsi barədə xəbərdarlıq edir” – məlumatda qeyd olunub. 

ABŞ səfirliyi öz növbəsində, Ukraynada olan Amerika vətəndaşlarını hava hücumu xəbərdarlığına riayət etməyə və sığınacaqlara yerləşməyə çağırıb. 

Qeyd edək ki, Ukraynanın paytaxtı Kiyev şəhəri mayın 4-də gecə saatlarından başlayaraq, rus qoşunları tərəfindən raket və İran istehsalı olan “Şahed” tipli kamikadze dronlarının növbəti hücumuna məruz qalıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin