"Azərbaycan və Ermənistanın danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayır və dialoqun davam etdirilməsini təşviq edirik".
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın XİN başçısı Ararat Mirzoyanla görüşdən sonra tviterdəki hesabında yazıb.
MÖVZU İLƏ BAĞLI:
Ceyhun Bayramovla Mirzoyan arasında danışıqlar DAVAM EDİR
“Davamlı və ədalətli razılaşma hər iki ölkə və region üçün imkanların açılması üçün əsas olacaq”, - Ceyk Sallivan qeyd edib.
O, görüşdən razı qaldığını bildirib.
Bizim.Media