Ötən gecə rəsmi Kiyev Rusiya prezidenti Vladimir Putinin Kremldəki iqamətgahına pilotsuz təyyarələrlə zərbələr endirməyə cəhd göstərib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya prezidentinin mətbuat xidməti yayıb.
Mənbə yazır ki, rus hərbçiləri iki PUA-nı zərsizləşdirib.
İnsident zamanı itkinin olmadığı deyilir.
Kreml prezident iqamətgahına hücumu planlaşdırılan terror aktı kimi qiymətləndirib və cavab tədbirləri görmək hüququnu özündə saxladığını deyib.
Bizim.Media