Rusiya Federasiyasının Bryansk vilayətində naməlum şəxslər yenidən dəmir yolu relsini partladıblar.
Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, partlayış nəticəsində yük qatarının vaqonları aşıb.
Belə ki, partlayış nəticəsində yük qatarının 20 vaqonu relsdən çıxıb. Hadisə şahidlərinin sözlərinə görə, qəzadan əvvəl bir neçə partlayış səsi eşidilib.
“Rusiya Dəmir Yolları” QSC-nin məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb, Hər şeyin baş verdiyi Snejetskaya-Belıy Bereq hissəsində nəqliyyatın hərəkəti dayandırılıb.
Bizim.Media