Ermənistan prezidenti Serj Sarkisyan Müdafiə Nazirliyinin rəhbərliyini işdən azad edib.
Moderator.az xəbər verir ki, Ermənistan prezidentinin yaydığı məlumata əsasən Sərkisyanın fərmanı ilə müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini Alik Mirzəbekyan, Baş qərargahın kəşfyyat idarəsinin rəisi xa0general-mayor Arşak Karapetyan, rabitə qoşunlarının xa0və avtomatik idarəetmə sistemlərinin rəisi, general-mayor Komitas Muradyan işdən azad ediliblər.
Bu cəza tədbirlərinin Qarabağda aprelin əvvəllərində gedən döyüş əməliyyatları zamanı Ermənistan ordusunun aldığı ağır zərbə ilə bağlı olduğuna heç bir şübhə yoxdur.

































































































