Belarusun iri istehsalat müəssisələri və universitetləri etirazçılara qoşuldu - FOTO

Hazırda oxunan: Belarusun iri istehsalat müəssisələri və universitetləri etirazçılara qoşuldu - FOTO

1336

Oktyabrın 26-da səhər saatlarında  Belarusun böyük zavodlarında  etiraz aksiyaları və tətillər başlayıb. Təhlükəsizlik işçiləri müəssisələrin yaxınlığında növbətçilik ediblər.

Bizim.Media Tut.by qəzetinə istinadən bildirir ki, “Atlanta” soyuducu zavodunda  və Minsk Traktor Zavodunda işçilər etiraz aksiyalarına başlayıblar. Nümayişi “Belkommunmaş” zavodunun mühəndisləri təşkil ediblər.

Minsk Elektrotexnika Zavodunun və Minsk Avtomobil Zavodunun döymə emalatxanasının əsas şöbələrinin işi  dayandırılıb. "Qrodno Azot"un işçiləri müəssisə ətrafında toplaşıblar.

Bir qədər əvvəl isə Belarusun bəzi  universitetləri də etiraza qoşulublar. Tələbələr tətil edən dövlət müəssisələrində çalışan işçiləri dəstəkləyiblər.

Xatırladaq ki, avqust ayında Belarusda Lukaşenkonun 6-cı dəfə prezident seçkilərində qələbəsindən sonra ölkədə kütləvi etiraz aksiyaları başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin