"Məni Kreml divarının yanında, Leonid Brejnevin yanında basdırarsınız"

Hazırda oxunan: "Məni Kreml divarının yanında, Leonid Brejnevin yanında basdırarsınız"

133492
Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) sədri Vladimir Jirinovski "Vesti" telekanalına verdiyi müsaşibəsində bildirir ki, ölənədək Rusiya Dövlət Dumasının deputatı olmaq istəyir.

Jirinovski lağla deyib: "Mən öləndə Qızıl meydanda, Kreml divarının yanında, Leonid Brejnevin yanında basdırarsınız. Brejnevin solunda Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov, sağda isə mən olmalıyam. Amma təxminən 20 il sonra".
Leonid Brejnev 1966-1982-ci illərdə Sovet İttifaqının Kommunist Partiyasının baş katibi və ölkə başçısı olub.(milli.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin