Dünyada təxminən 18,7 milyon körpə peyvənd olunmur...

Hazırda oxunan: Dünyada təxminən 18,7 milyon körpə peyvənd olunmur...

133486
Dünyada təxminən 18,7 milyon körpə, yəni hər beş uşaqdan biri difteriya, göy öskürək və tetanus (donuxma) kimi qarşısı alına bilən xəstəliklərə qarşı peyvənd olunmur.

Bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlayıb.

ÜST-nin yaydığı məlumata görə, peyvəndlə hər il 2-3 milyon uşağın ölümünün qarşısı alınır. Qlobal şəkildə peyvənd işinin aparılması həmçinin, 1,5 milyon uşağın ölümünə mane ola bilər.

Təşkilat eyni zamanda, dünyada hələ də 18,7 milyon körpənin peyvənd olunmadığına da diqqət çəkib. Məlumatda o da qeyd edilib ki, 2020-ci ilə qədər bütün dünyada uşaqların peyvənd olunması qarşıya qoyulan əsas hədəflərdəndir.

Xatırladaq ki, difteriya, göy öskürək və tetanos (donuxma) kimi xəstəliklərə qarşı peyvənd olunmayan uşaqların 60 faizdən çoxu Demokratik Konqo Respublikası, Efiopiya, Hindistan, İndoneziya, İraq, Nigeriya, Pakistan, Filippin, Uqanda və Cənubi Afrikada yaşayır.

Qeyd edək ki, 24-30 aprel tarixlərində Dünya Peyvənd Həftəsi qeyd olunacaq.(Virtualaz.org)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin