Azərbaycan müdafiə nazirinin müavinləri Türkiyədə yüksək texnologiyalar SƏRGİSİNDƏ - FOTO 

Hazırda oxunan: Azərbaycan müdafiə nazirinin müavinləri Türkiyədə yüksək texnologiyalar SƏRGİSİNDƏ - FOTO 

133189

Azərbaycanın müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirov və müdafiə nazirinin müavini Aqil Qurbanov Türkiyədə “TEKNOFEST-2023” çərçivəsində keçirilən yüksək texnologiyalar sərgisində iştirak ediblər. 

Bu barədə Bizim.Media-ya Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumat verilib. 

Bildirilib ki, onlar sərgidə “Roketsan”, “HAVELSAN”, “BAYKAR”, və “ASELSAN” şirkətlərinin rəhbər heyətləri ilə görüşüb, nümayiş etdirilən müasir texnologiya və döyüş texnikası nümunələri ilə tanış olublar.  

Görüşlər zamanı hər iki ölkə arasında hərbi-texniki sahədə mövcud əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb. 

Yüksək texnologiyalı məhsulların nümayiş etdirildiyi tədbirdə müdafiə, aerokosmik, dənizçilik və kosmik sənaye sahələrində strateji əhəmiyyətli bir çox məhsullar da təqdim olunub. 

Qeyd edək ki, Azərbaycanın müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirov və müdafiə nazirinin müavini Aqil Qurbanov Türkiyədə işgüzar səfərdədir. Onları Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov və Azərbaycanın Türkiyədəki Səfirliyinin əməkdaşları müşayiət edirlər. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin