Moldova parlamentinin üzvü Aleksandr Nesterovski mitinq zamanı kartonda çap olunmuş NATO bayrağını cırıb və üzərinə “qan” rəmzi olaraq qırmızı boya töküb.
Bizim.Media xəbər verir ki, bu nunla bağlı görüntülər “Telegram” kanallarında yayılıb.
“Bu qan NATO tərəfindən öldürülən uşaqların və o vətəndaşların qanını təmsil edil. Ümid edirəm ki, xalq bizi dəstəkləyəcək və NATO üzvləri anlayacaqlar ki, bizim dinc və mübarək ölkəmizdə onlara yer yoxdur”, - deyə Aleksandr Nesterovski bildirib.
O qeyd edib ki, ölkədə sülh üçün mübarizə aparacağlar və hər zaman müharibəyə qarşı çıxacaqlar: “NATO isə tarixin zibilliyinə getməlidir”.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media