Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyəti Komissiyanın növbəti iclasında iştirak etmək üçün Serbiyada səfərdədir.
Bu barədə Bizim.Media-ya ƏƏMSN-dən məlumat verilib.
Azərbaycan nümayəndə heyəti Serbiyanın paytaxtı Belqrad şəhərindəki “Taşmaydan” parkına gələrək, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla anıblar.
Səfər çərçivəsində Sahil Babayevlə Serbiyanın iqtisadiyyat naziri Rade Basta və nazir Novitsa Tonçev, daxili və xarici ticarət naziri Tomislav Momiroviç, ailə rifahı və demoqrafiya naziri Dariya Kisiç və əmək, məşğulluq, veteran və sosial məsələlər naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədri Nikola Selakoviç arasında görüşlər keçirilib.
Görüşlərdə Azərbaycan və Serbiyanın dövlət başçılarının siyasi iradəsi və səyləri ilə iki ölkənin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb. Ölkələrimiz arasında ticarət dövriyyəsinin artmaqda davam etdiyi, ötən dövrdə imzalanan əməkdaşlıq sənədlərinin əlaqələrin yüksələn xətlə inkişafına xidmət etdiyi bildirilib.
Hökumətlərarası Komissiyanın növbəti 7-ci iclasının gündəliyi müzakirə olunub. Serbiyanın Qara dəniz sualtı elektrik və rəqəmsal qoşulma layihəsinə cəlb edilməsi, ikitərəfli və tranzit yük axınının artırılması, qarşılıqlı investisiyaların təşviqi, yeni layihələr əsasında əməkdaşlığın genişləndirilməsi məsələlərinə dair fikir mübadilələri aparılıb.
Kənd təsərrüfatı, nəqliyyat, əmək və sosial müdafiə, mədəniyyət, İKT, turizm, təhsil və s. sahələrdə əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub, Ələt Azad İqtisadi Zonasınin geniş imkanları barədə məlumat verilib, onun investorlar üçün mühüm əhəmiyyəti diqqətə çatdırılıb.
Ölkəmizdə aparılan sosial islahatlar, DOST təcrübəsi, dövlət sosial xidmətlərinin rəqəmsallaşdırılması sahəsində əldə edilən nailiyyətlər qeyd olunub, sosial sahədə əməkdaşlığın müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Görüşlərdə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Serbiya Respublikasının Əmək, Məşğulluq, Veteranlar və Sosial İşlər Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində Anlaşma Memorandumunun həyata keçirilməsinə dair 2023-2024-cü illər üçün Tədbirlər Planı” və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Serbiya Respublikasının Ailə Rifahı və Demoqrafiya Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Hər iki sənəddə Nazirliklər arasında müvafiq fəaliyyət sahələrində əməkdaşlıq istiqamətləri, təcrübə mübadilələrinin aparılması əksini tapıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:35 / 27.04.2023
Azərbaycanla Serbiya strateji tərəfdaşlığa əsaslanan əlaqələri MÜZAKİRƏ EDİB
Hazırda oxunan: Azərbaycanla Serbiya strateji tərəfdaşlığa əsaslanan əlaqələri MÜZAKİRƏ EDİB
Hazırda oxunan: Azərbaycanla Serbiya strateji tərəfdaşlığa əsaslanan əlaqələri MÜZAKİRƏ EDİB
133157
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.