Ölkəmiz “TEKNOFEST Türkiyə – 2023”də milli pavilyonla TƏMSİL OLUNUR - FOTO 

Hazırda oxunan: Ölkəmiz “TEKNOFEST Türkiyə – 2023”də milli pavilyonla TƏMSİL OLUNUR - FOTO 

133154

Türkiyənin İstanbul şəhərində “TEKNOFEST Türkiyə” festivalına start verilib. 

Bizim.Media xəbər verir ki, bu barədə  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. 

Məlumata görə, ölkəmiz festivalda 200 kvadratmetr ərazini əhatə edən milli pavilyonla təmsil olunur. 

Festival çərçivəsində Azərbaycanın Kosmik Agentliyi – “Azərkosmos”un da yer aldığı milli pavilyonda gənc tədqiqatçılar və tələbələr üçün 2-6 oktyabr tarixlərində Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi haqqında təqdimatlar nümayiş etdirilir. 

Bundan əlavə, ziyarətçilərə “Onno”, “PENÇE”, “Uvodo” və “WakeX” adlı startap-layihələr, eləcə də “Kızılelma” interaktiv oyunu və “VR Ay səyahəti” virtual oyunu təqdim olunur. 

Festival çərçivəsində Türkiyənin İstanbul Texniki Universiteti, Qalatasaray Universiteti, Yeditepe Universiteti, Boğaziçi Universiteti, İstanbul Nişantaşı Universiteti, Mərmərə Universiteti, Bahçeşehir Universiteti və İbn Haldun Universiteti kimi aparıcı təhsil müəssisələrinin müəllim və tələbə heyəti ilə də görüşlər keçiriləcək. 

Qeyd edək ki, “TEKNOFEST Türkiyə – 2023” Aerokosmik və Texnologiya Festivalı mayın 2-dək davam edəcək. 

“TEKNOFEST” Türkiyə Sənaye və Texnologiya Nazirliyi ilə Səlcuq Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı, qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir. 
26-29 may 2022-ci il tarixlərində “TEKNOFEST” ilk dəfə Türkiyədən kənarda – Azərbaycanda keçirilib. “TEKNOFEST Azərbaycan” festivalını 300.000-ə yaxın ziyarətçi izləyib. Festival çərçivəsində üç beynəlxalq tədbir və səkkiz texnoloji müsabiqə təşkil olunub/ 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin