Canlı yayımda halı pisləşən Ərdoğanın SON VƏZİYYƏTİ açıqlandı 

Hazırda oxunan: Canlı yayımda halı pisləşən Ərdoğanın SON VƏZİYYƏTİ açıqlandı 

132974

AK Partiyanın Qrup sədr müavini Bülənt Turan qatıldığı canlı yayımda narahatlıq keçirən prezident Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı açıqlama verib. 

Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, B. Turan ölkə başçısının vəziyyətinin yaxşı olduğunu qeyd edib:

“Ərdoğan gündə 5 proqram, xüsusi yığıncaqlar və müsahibələr keçirir. Dünənki fövqəladə proses əslində proqramları yenidən nəzərdən keçirmək fürsəti verə bilər". 

Dövlət başçısının səhhəti ilə bağlı AK Partiya sədrinin birinci müavini, İstanbul millət vəkili Numan Kurtulmuş da açıqlama verib. Millət vəkili qeyd edib ki, gərgin iş rejiminə görə prezidentin mədəsində narahatlıq yaranıb. Hazırda vəziyyəti tam qaydasındadır. 

Qeyd edək ki, ötən gün “Ülke TV” və “Kanal 7”nin birgə canlı yayımında Ərdoğan özünü narahat hiss edib və yayım yarımçıq kəsilib.

Qısa fasilədən sonra canlı yayım davam etdirilib. Bundan sonra bəzi yerli KİV-lərdə Ərdoğanın ürəyində ciddi problemlər olması barədə xəbərlər yer alıb. 

Ərdoğan özü isə bunun mədə soyuqlaması olduğunu açıqlayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin