Tehran məhkəməsi 2017-ci ildə İŞİD terrorçu qruplaşmasının hücumları nəticəsində dəyən ziyana görə ABŞ-ın İrana 313 milyon dollar təzminat ödəməsi barədə qərar çıxarıb.
Bizim.Media xəbər verir ki, məlumatı İran Ədliyyə Nazirliyinin “Mizan” agentliyi yayıb.
Məhkəmə ABŞ-ı terror qrupları yaratmaqda və idarə etmək günahlandırıb.
Tehran məhkəməsinin qərarına əsasən, ABŞ terror hücumları nəticəsində ölənlərin ailə üzvlərinə 9 milyon 950 min dollar verməlidir. Vaşinqton İran dövlətinə mənəvi zərərə görə 104 milyon dollar, maddi zərərə görə 199 milyon dollar təzminat ödəməlidir.
Məlumata görə, 2017-ci il iyunun 7-də İranda inqilabın lideri ayətullah Xomeyninin məqbərəsinə və parlamentə silahlı və bombalı hücumlar nəticəsində 12 nəfər ölüb, 43 nəfər yaralanıb. Bu hadisəyə görə İŞİD terror qrupu məsuliyyəti öz üzərinə götürüb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:09 / 26.04.2023
İran ABŞ-dan 313 milyon dollar təzminat İSTƏDİ
Hazırda oxunan: İran ABŞ-dan 313 milyon dollar təzminat İSTƏDİ
Hazırda oxunan: İran ABŞ-dan 313 milyon dollar təzminat İSTƏDİ
132877
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.