Paşinyan öz adamını İrəvan meri seçmək istəyir - Hakim partiya əl-ayağa düşüb

Hazırda oxunan: Paşinyan öz adamını İrəvan meri seçmək istəyir - Hakim partiya əl-ayağa düşüb

132846

İrəvan Ağsaqqallar Şurasına sentyabrda keçiriləcək seçkilər ərəfəsində hakim “Vətəndaş müqaviləsi” partiyasında seçkiqabağı canlanma hökm sürür.

Bizim.Media xəbər verir ki, bu barədə İrəxanın “Joxovurd” qəzeti öz mənbələrinə istinadən yazıb.

“Seçkilərə hələ 4 ay qalsa da, hakim partiyanın bütün tərkibi mer vəzifəsinə namizədləri olan Tiqran Avinyanın seçki kampaniyasına köklənib.

Bununla da Ermənistanın üzləşdiyi ən ciddi təhlükəsizlik problemlərinin arxa plana keçdiyini söyləmək olar. 

"Vətəndaş müqaviləsi”nin üzvləri İrəvanda öz hakimiyyətlərini saxlamaq məsələsi ilə məşğuldurlar, buna bütün resurslar cəlb olunub. Nikol Paşinyan təşkilati işlərdə kifayət qədər fəaldır və prosesi şəxsən koordinasiya edir.

Bu günlərdə partiyanın təşəbbüs qrupunun iclasları demək olar ki, bütünlüklə yerli özünüidarə orqanlarına keçiriləcək seçkilərlə bağlı məsələlərə həsr olunub. Yeri gəlmişkən, “Vətəndaş müqaviləsi” qələbəyə az qala 100% əmindir, indi “möhtəşəm qələbənin” təmin olunması istiqamətində iş gedir”, – deyə qəzet qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin