Rusiya XİN rəsmisi İrəvanda Azərbaycanla bağlı müzakirə APARDI

Hazırda oxunan: Rusiya XİN rəsmisi İrəvanda Azərbaycanla bağlı müzakirə APARDI

132790

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.

Bizim.Media xəbər verir ki, məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi yayıb.

Tərəflər Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 2020-ci il noyabrın 10-u, 2021-ci il yanvarın 11-i, noyabrın 26-sı və 2022-ci il oktyabrın 31-i tarixlərində əldə etdikləri razılıqlara uyğun olaraq Bakı ilə İrəvan arasında normallaşma prosesinin gedişatını müzakirə ediblər.

Məlumata görə, M.Qaluzin və A.Mirzoyan regional və ikitərəfli məsələlərə də toxunublar.

Rusiyalı diplomat Ermənistan xarici işlər nazirinin müavinləri Vaqe Gevorkyan və Mnatsakan Safaryanla da məsləhətləşmələr aparıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin